Bank Of Baku

Bakıda yeni ailə qurmuş qadın özünü ağacdan asıb

Bakıda yeni ailə qurmuş qadın özünü ağacdan asıb
# 05 dekabr 2008 13:00 (UTC +04:00)
Bakı. Hafiz Heydərov - APA. Azərbaycan paytaxtında intihar hadisəsi baş verib. Suraxanı rayon Prokurorluğundan APA-ya verilən məlumata görə, kitabxanaçı qadın özünü ağacdan asaraq intihar edib. Hadisə bu gün Suraxanı qəsəbəsi, Xanlar Ələkbərov küçəsi, 26 saylı evdə baş verib. Həmin ünvanda yaşayan, yeni ailə həyatı qurmuş, 1978-ci il təvəllüdlü Aytən Aslanova həyətlərindəki ağacdan özünü asıb.

Mərdəkanda kitabxanaçı işləyən A. Aslanovanın uzun müddətdir, böyrək xəstəliyindən əziyyət çəkdiyi bildirilir. Hazırda rayon Polis İdarəsi və rayon Prokurorluğunun əməkdaşları hadisə yerində araşdırma aparır.

Faktla bağlı Suraxanı rayon Prokurorluğunda Cinayət Məcəlləsinin 125-ci (özünü öldürmə həddinə çatdırma) maddəsi ilə cinayət işi başlanılıb.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR