Bank Of Baku

Hərbi hissədə yanğın baş verib, ölən və xəsarət alanlar var - YENİLƏNİB

Hərbi hissədə yanğın baş verib, ölən və xəsarət alanlar var - <font color=red>YENİLƏNİB </font>
# 05 dekabr 2008 15:59 (UTC +04:00)
Bakı. Hafiz Heydərov –APA. Bu gün Müdafiə Nazirliyinin “N” saylı hərbi hissəsinin cəbhə bölgəsindəki sığınacaqlarından birində yanğın baş verib.
Hərbi mənbələrdən APA-ya verilən məlumata görə, hadisə dekabrın 4-dən 5-nə keçən gecə baş verib. Nəticədə Azərbaycan Ordusunun əsgəri, 1987-ci il təvəllüdlü, 2008-ci ilin yanvarında Gəncə Şəhər Nizami rayon Hərbi Komissarlığından həqiqi hərbi xidmətə çağırılmış Abdullayev Samir Rafiq oğlu aldığı yanıq xəsarətindən hadisə yerindəcə ölüb. Daha 3 əsgər isə yanıq xəsarətləri ilə xəstəxanaya yerləşdiriliblər. Yanğın zamanı yaralananlar barədə əlavə məlumat verilməsə də, hadisəyə sobada baş vermiş alışmanın səbəb olduğu bildirilir.

Faktla bağlı Respublika Hərbi Prokurorluğu tərəfindən araşdırma aparılır.

Müdafiə Nazirliyinin mətbuat xidmətindən hadisə ilə bağlı məlumat öyrənmək mümkün olmayıb.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR