Bank Of Baku

Lənkəranda yol qəzası baş verib

Lənkəranda yol qəzası baş verib
# 06 dekabr 2008 07:31 (UTC +04:00)
Lənkəran. Ağəddin Babayev-APA. Lənkəranda bir nəfərin xəsarət alması ilə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib. Bu barədə APA-nın cənub bürosuna Lənkəran şəhər Polis Şöbəsindən məlumat verilib. Məlumata görə, hadisə Lənkəran şəhərinin Mirzə Məmmədhüseyn küçəsi ilə Hacılar küçəsinin kəsişməsində qeydə alınıb. Masallı rayon sakini, 1987- ci il təvəllüdlü Bəhruz Əlifağa oğlu İsmayılovun idarə etdiyi “VAZ-21099” markalı 10 GE 399 dövlət nömrə nişanlı avtomobil Lənkəran şəhər sakini,1986- cı il təvəllüdlü Elçin Oruc oğlu Mirzəyevin idarə etdiyi “VAZ-2106” markalı 42 BZ 639 dövlət nömrə nişanlı avtomaşınla toqquşub. Nəticədə hər iki avtomobilə ciddi ziyan dəyib. “VAZ-21099”un sürücüsü Bəhruz İsmayılov müxtəlif bədən xəsarətləri ilə Lənkəran mərkəzi rayon xəstəxanasına yerləşdirilib.
Faktla bağlı araşdırma aparılır.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR