Bank Of Baku

Lənkəranda iki yanğın hadisəsi baş verib

Lənkəranda iki yanğın hadisəsi baş verib
# 06 dekabr 2008 07:37 (UTC +04:00)
Lənkəran. Ağəddin Babayev-APA. Lənkəranda iki yanğın hadisəsi baş verib. Bu barədə APA-nın cənub bürosuna Fövqəladə Hallar Nazirliyinin Lənkəran Şəhər Yanğından Mühafizə Xidməti İdarəsindən (YMXİ) məlumat verilib. İlk yanğın hadisəsi rayonun Göyşaban kənd sakini, 1964-cü il təvəllüdlü İlqar Ağayar oğlu Ağayevə məxsus ikimərtəbəli yaşayış evində qeydə alınıb. Hadisə yerinə gələn yanğınsöndürmə briqadaları güclü alovun yaxınlıqdakı evlərə keçməsinin qarşısı alsa da, 6 otaqlı mənzilin 3 otağı məişət avadanlıqları ilə birlikdə yanaraq külə dönüb. Digər yanğın hadisəsi isə Lənkəran şəhəri, Mirsalayev küçəsində baş verib. Sücəddin Həsənağa oğlu Məmmədova məxsus yaşayış evində baş verən yanğın yanğınsöndürənlərin səyi nəticəsində dərhal söndürülüb. Hadisə nəticəsində ümumi sahəsi cəmi 100 kvadratmetrlik olan mənzilin 2 kvadratmetri yanaraq yararsız hala düşüb. Hər iki faktla bağlı araşdırma aparılır.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR