Bank Of Baku

Bakıda qətl hadisəsi baş verib

Bakıda qətl hadisəsi baş verib
# 06 dekabr 2008 07:48 (UTC +04:00)
Bakı. Hafiz Heydərov-APA. Azərbaycan paytaxtında qətl hadisəsi baş verib.

Bakı Şəhər Baş Polis İdarəsindən APA-ya verilən məlumata görə, hadisə ötən gecə Nərimanov rayonu, Çəmənzəminli küçəsi, ev 106, mənzil 92-də baş verib. Həmin ünvanda kirayədə yaşayan, 1956-cı il təvəllüdlü Məmmədov Nəsib Musa oğlu qeyri-rəsmi nigahda yaşadığı 1959-cu il təvəllüdlü Qarayeva Zöhrə Hacıməmməd qızını çoxsaylı bıçaq zərbələri ilə qətlə yetirib. Nərimanov rayon Polis İdarəsinin 17-ci polis bölməsi əməkdaşlarının keçirdiyi əməliyyat-axtarış tədbirləri nəticəsində qətli törədən N. Məmmədov tutularaq məsuliyyətə cəlb edilib. N. Məmmədov ilkin dindirilmə zamanı qətli qısqanclıq zəminində törətdiyini etiraf edib. Faktla bağlı Nərimanov rayon prokurorluğunda Cinayət Məcəlləsinin 120.1-ci (qəsdən adam öldürmə) maddəsi ilə cinayət işi başlanıb, araşdırma aparılır.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR