Bank Of Baku

Hərbi hissədə baş verən yanğınla bağlı cinayət işi açılıb

Hərbi hissədə baş verən yanğınla bağlı cinayət işi açılıb
# 06 dekabr 2008 10:25 (UTC +04:00)
Respublika Hərbi Prokurorluğundan APA-ya verilən məlumata görə, hadisə ilə bağlı Qarabağ Hərbi Prokurorluğundan Cinayət Məcəlləsinin 342.2-ci maddəsi ilə cinayət işi qaldırılıb.

Qeyd edək ki, hadisə dekabrın 4-dən 5-ə keçən gecə baş verib. Yanğın nəticəsində Azərbaycan Ordusunun əsgəri, 1987-ci il təvəllüdlü, 2008-ci ilin yanvarında Gəncə Şəhər Nizami rayon Hərbi Komissarlığından həqiqi hərbi xidmətə çağırılmış Abdullayev Samir Rafiq oğlu aldığı yanıq xəsarətindən hadisə yerindəcə ölüb. Daha 3 əsgər-Hüseynov Elsevər Siyavuş oğlu, Verdiyev Vüsal Cəlal oğlu, Mehdiyev Vüsal Polad oğlu isə yanıq xəsarətləri ilə Sarıcallı Hərbi Hospitalına yerləşdiriliblər.

Hadisəyə sobada baş vermiş alışmanın səbəb olduğu bildirilir.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR