Bank Of Baku

Avropa İnsan Hüquqları Məhkəməsi Əlikram Hümbətova 14.090 avro təzminat ödənilməsi barədə qərar çıxarıb

Avropa İnsan Hüquqları Məhkəməsi Əlikram Hümbətova 14.090 avro təzminat ödənilməsi barədə qərar çıxarıb
# 06 dekabr 2008 10:32 (UTC +04:00)
Bakı. Viktoriya Dementyeva-APA. Avropa İnsan Hüquqları Məhkəməsi Əlikram Hümbətovun müraciətini araşdıraraq bu şəxsə 14.090 avro təzminat ödənilməsi barədə qərar qəbul edib.
APA-nın məhkəmənin rəsmi saytına istinadən yaydığı məlumata görə, məhkəmə Əlikram Hümbətova münasibətdə İnsan Hüquqları üzrə Konvensiyanın “ədalətli mühakimə hüququ” və “vaxtında tibbi yardım almaq hüququ” maddələrinin pozulduğunu müəyyənləşdirib. Məlumatda bildirilir ki, Əlikram Hümbətov həbsxanada olan zaman onda vərəm xəstəliyi aşkarlanıb. İddiaçı bu xəstəlikdən müalicə olunmaq üçün müvafiq orqanlara müraciət etdiyini, lakin lazımi tədbir görülmədiyi üçün sağlamlığına zərər dəydiyini bildirib. Bundan başqa AİHM Əlikram Hümbətov barədə məhkəmə qərarından apelyasiya şikayəti üzrə prosesin ədalətli keçirilmədiyi qərarına gəlib. Qeyd edək ki, dövlətə xəyanətdə günahlandırılan Əlikram Hümbətov ölüm hökmünə məhkum edilib. Azərbaycanda ölüm hökmü ləğv olunduğuna görə, hökm ömürlük azadlıqdan məhrum edilmə cəzası ilə əvəzlənib. Daha sonra əfv olunan Əlikram Hümbətov vətəndaşlıqdan məhrum edilib. O hazırda Haaqada yaşayır.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR