Bank Of Baku

Bakı Şəhər Baş Polis İdarəsində müsabiqə yolu ilə sıravi, kiçik və orta rəis heyətinin tərkibi formalaşıb

Bakı Şəhər Baş Polis İdarəsində müsabiqə  yolu ilə sıravi, kiçik və orta rəis heyətinin tərkibi formalaşıb
# 06 dekabr 2008 18:03 (UTC +04:00)
APA-nın məlumatına görə, sıravi və kiçik rəis heyəti əməkdaşlarının orta rəis heyəti vəzifələrinə irəli çəkilməsi üçün keçirilən püşkatma mərasimində Bakı şəhər Baş Polis İdarəsinin rəisi, polis general-mayoru Rafiq Abbasov da iştirak edib. Tədbirdə çıxış edən R. Abbasov daxili İşlər naziri, general-polkovnik Ramil Usubovun rəhbərliyi ilə polis orqanlarında həyata keçirilən və artıq ənənəyə çevrilən prinsipial, ardıcıl kadr siyasətindən danışaraq bu işlərin yüksək peşəkarlığa malik kadr potensialının yaradılmasında mühüm rol oynadığını vurğulayıb. Kadr siyasətinin ictimai təhlükəsizliyin və cinayətkarlıqla mübarizənin təmin edilməsində mühüm rol oynadığını söyləyən R. Abbasov Daxili İşlər Nazirliyi sistemində ənənəyə çevrilmiş bu təcrübənin paytaxt polisində də özünü doğrultduğunu, həmçinin aşkarlıq, şəffaflıq və ədalət prinsipləri əsasında keçirilmiş əvvəlki tədbirlərin də şəxsi heyət tərəfindən böyük rəğbətlə qarşılandığını bildirib.

BŞBPİ-nin Kadrlar İdarəsinin rəisi, polis polkovniki İlqar Əzimov vakant yerləri və püşkatmada iştirak edən şəxsləri elan edib.

Qeyd edək ki, Yol Patrul Xidməti baş inspektoru vəzifəsi üçün - 7, müxtəlif orta rəis vəzifəsi üçün – 10 yer olmaqla 35 nəfər püşkatmaya qatılıb. Püşkatma mərasimində 17 nəfər yeni vəzifələrə təyin edilib.

Tədbirə yekun vuran BŞBPİ-nin rəisi Rafiq Abbasov püşkatma yolu ilə yeni vəzifəyə irəli çəkilən şəxsləri təbrik edib, onları göstərilən etimadı doğruldacaqlarına, bu məqsədlə bütün bilik və bacarıqlarını sərf edəcəklərinə, vətənə və dövlətə şərəflə xidmət edəcəklərinə ümidvar olduğunu bildirib. O, həmçinin püşkatmada uğur qazana bilməyən əməkdaşlara da ruhdan düşməməyi, daha yaxşı işləməyi, daha yüksək nəticələr göstərməyi və gələcək müsabiqələrdə iştirak etmək şansı qazanmağı tövsiyə edib.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR