Bank Of Baku

Salyan sakini avtomobilinin qaçırılması imitasiyası ilə Sabirabad polisinə müraciət edib

Salyan sakini avtomobilinin qaçırılması imitasiyası ilə Sabirabad polisinə müraciət edib
# 07 dekabr 2008 07:59 (UTC +04:00)
Bu barədə APA-nın Mil-Muğan bürosuna Sabirabad rayon Polis Şöbəsinin əməliyyat üzrə müavini Xalid Quliyevin verdiyi məlumatda bildirilib ki, dekabrın 5-i, axşam saatlarında Salyan sakini, M. Rəsulzadə küçəsi 75 ünvanında yaşayan, 1974-ci il təvəllüdlü Əsgərov Rafiq Abasqulu oğlundan ona məxsus “QAZ-24” markalı 30-BC-863 dövlət nömrə nişanlı avtomobilin Sabirabad ticarət mərkəzinin yaxınlığından oğurlanması barədə şikayət ərizəsi daxil olub.

Sabirabad polisi tərəfindən araşdırma aparılarkən məlum olub ki, Rafiq Əsgərov qayınatası, əslən Saatlı rayonunun Heydərabad kəndindən olan, hal-hazırda Bakı şəhəri, N. Abdullayev küçəsi 4 ünvanında yaşayan Muradov Camala avtomobilini Quba rayonundan alma gətirməsi üçün verib. Dekabrın 5-də Hacıqabul rayonu ərazisində DYP-nin 7-ci taqımının əməkdaşları tərəfindən Muradov Camal avtomobili sərxoş vəziyyətdə idarə edərkən saxlanılıb. Bu zaman sürücü avtomobili ataraq qaçıb. O da məlum olub ki, kürəkən və qayınata Sabirabad polisinə məsuliyyətdən yaxa qurtarmaq üçün avtomobilin qaçırılması barədə uydurma şikayət ərizəsi ilə müraciət ediblər.

Faktla bağlı Sabirabad rayon polis şöbəsində araşdırma aparılır. Faktlar tam təsdiqini taparsa, “şikayətçi”yə qarşı Cinayət Məcəlləsinin 297-ci (yalan ifadə vermə) maddəsi ilə cinayət işi açıla bilər.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR