Bank Of Baku

Hacıqabulda yol qəzasında bir nəfər ölüb

Hacıqabulda yol qəzasında  bir nəfər ölüb
# 08 dekabr 2008 14:11 (UTC +04:00)
Bu barədə APA-nın Mil-Muğan bürosuna Hacıqabul rayon Polis Şöbəsindən verilən məlumatda bildirilib. Məlumata görə, dekabr 7-də Bakı-Qazax magistralının 91-ci kilometrliyində Bakı sakini Hüseynov Bayram İnqilab oğlunun idarə etdiyi VAZ-2106 markalı 10-LJ-409 dövlət nömrə nişanlı avtomobil Bakı sakini Quliyev Kamil Cənnət oğlunun idarə etdiyi “Toyota” markalı 10-XO-551 dövlət nömrə nişanlı avtomobillə toqquşub. Nəticədə “Toyota”nın sərnişini, Tərtər rayonu Eloğlu kənd sakini, 1967-ci il təvəllüdlü Aslanova Almaz Mürşid qızı aldığı xəsarətdən Hacıqabul rayon xəstəxanasında dünyasını dəyişib.

Faktla bağlı Hacıqabul rayon Polis Şöbəsində araşdırma aparılır.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR