Bank Of Baku

Şəkinin 27 yaşlı sakininin meyiti küçənin ortasından tapılıb

Şəkinin 27 yaşlı sakininin meyiti küçənin ortasından tapılıb
# 09 dekabr 2008 09:21 (UTC +04:00)
Bu barədə APA-nın Şəki-Zaqatala bürosuna Şəki rayon Polis Şöbəsindən məlumat verilib. Məlumata görə, ötən gecə saat 22.00 radələrində Şəki şəhər, M. Rəsulzadə prospekti ilə Sabit Rəhman küçəsinin kəsişdiyi ərazidə naməlum kişi meyiti aşkarlanıb. Araşdırma zamanı meyitin Şəki şəhər, Bağmanlar küçəsi, döngə 12, ev 21 ünvanında yaşayan, 1981-ci il təvəllüdlü Eldarov İbrahim Məmmədxəlil oğlu olduğu müəyyənləşib. Tibbi ekspertiza zamanı meyitin üzərində çoxlu sayda zədələr olduğu müəyyənləşib.

Faktla bağlı Şəki şəhər Prokurorluğunda cinayət işi qaldırılıb.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR