Bank Of Baku

Hərbi hissəni özbaşına tərk edən əsgər saxlanılıb

Hərbi hissəni özbaşına tərk edən əsgər saxlanılıb
# 10 dekabr 2008 07:26 (UTC +04:00)
Bakı. Hafiz Heydərov - APA. Hərbi hissəni özbaşına tərk edən Azərbaycan Ordusunun əsgəri saxlanılıb. Bakı şəhər Baş Polis İdarəsindən APA-ya verilən məlumata görə, Müdafiə Nazirliyinin Bakı şəhərində yerləşən “N” saylı hərbi hissənin əsgəri, 1987-ci il təvəllüdlü Zaur Rauf oğlu Nuriyev xidmət yerini özbaşına tərk edib. Əzizbəyov rayon Polis İdarəsinin 3-cü Polis Bölməsi əməkdaşlarının keçirdiyi əməliyyat-axtarış tədbirləri nəticəsində Z. Nuriyev paytaxtda saxlanılıb. Onun barəsində Cinayət Məcəlləsinin 333-cü (hərbi hissəni və ya xidmət yerini özbaşına tərk etmə) maddəsi ilə cinayət işi başlanılıb, araşdırma aparılır.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR