Bank Of Baku

Gəncədə mikroavtobus aşıb

Gəncədə mikroavtobus aşıb
# 10 dekabr 2008 07:41 (UTC +04:00)
Gəncə. Nəzakət Məşədiəliqızı –APA. Gəncə şəhərində yol qəzası baş verib. Gəncə şəhər Polis idarəsindən APA-nın qərb bürosuna verilən məlumata görə, Azər Muzəffər oğlu Məmmədovun idarə etdiyi 29 saylı “QAZel” markalı mikroavtobus Təbriz küçəsində ağaca çırpılaraq aşıb. Nəticədə 3 nəfər müxtəlif bədən xəsarətləri alıb. Şahidlərin sözlərinə görə, sürətlə idarə edilən mikroavtobus qəflətən idarəetmənin itməsi nəticəsində ağaca çırpılıb. Gəncə Şəhər Mərkəzi Təcili Tibbi Yardım Xəstəxanasından APA-nın yerli bürosuna bildirilib ki, xəsarət alanlardan ikisinə ilkin tibbi yardım göstərilərək evə buraxılıb. Digər yaralı - 38 yaşlı Gülsadə Rzayevanın vəziyyəti isə ağırdır. Gəncə şəhər Polis İdarəsində faktla bağlı araşdırma aparılır.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR