Bank Of Baku

“İnter” MMC-nin əməkdaşı döyülərək avtomobili əlindən alınıb

“İnter” MMC-nin əməkdaşı döyülərək avtomobili əlindən alınıb
# 10 dekabr 2008 08:08 (UTC +04:00)
Bakı. Hafiz Heydərov –APA. Bakıda fəaliyyət göstərən “İnter” MMC-nin əməkdaşı döyülərək avtomobili əlindən alınıb. Bakı şəhər Baş Polis İdarəsindən APA-ya verilən məlumata görə, hadisə Novxanı bağları ərazində baş verib. “İnter” MMC-nin əməkdaşı 1970-ci il təvəllüdlü Quliyev Yusif Ağaqulu oğlunu naməlum şəxslər döyərək işlədiyi şirkətə məxsus “Fiat” markalı, 10 TF105 dövlət nömrə nişanlı avtomobilini əlindən alıb və hadisə yerindən qaçıblar. Binəqədi rayon Polis İdarəsinin 4-cü Polis Bölməsi əməkdaşlarının keçirdiyi əməliyyat-axtarış tədbirləri nəticəsində maşını qaçıran şəxslər, 1989-cu il təvəllüdlü Gülməmmədov Fərid İlham oğlu və 1987-ci il təvəllüdlü Əmiraslanov Zöhrab Həsən oğlu tutularaq məsuliyyətə cəlb ediliblər.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR