Bank Of Baku

“Üç nöqtə” qəzetinin redaksiyası qarət olunub

“Üç nöqtə” qəzetinin redaksiyası qarət olunub
# 10 dekabr 2008 08:49 (UTC +04:00)
Bakı. Elnur Məmmədli – APA. “Üç nöqtə” qəzetinin Yasamal rayonu Mikayıl Müşfiq küçəsi 21/16 ünvanında yerləşən redaksiyasında oğurluq baş verib. Qəzetin baş redaktor müavini Elməddin Muradlının APA-ya verdiyi məlumata görə, oğurluq hadisəsi istirahət günlərində olub. Oğrular redaksiyanın pəncərələrini sındıraraq otaqlara daxil olub, 5 ədəd LSD monitor və 1 ədəd printer aparıblar. E. Muradlının sözlərinə görə, kompüterlər oğurlandığından redaksiyanın işində problem yaranıb. O, oğurluq faktı ilə bağlı Yasamal rayon Polis İdarəsinin 26-cı Polis Bölməsinə müraciət olunduğunu bildirib.
26-cı Polis Bölməsindən APA-ya bildiriblər ki, hazırda bölmənin əməkdaşları hadisə yerindədir və araşdırılma aparılır.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR