Bank Of Baku

Lənkəranda iki yol-nəqliyyat hadisəsi baş verib

Lənkəranda iki yol-nəqliyyat hadisəsi baş verib
# 10 dekabr 2008 09:16 (UTC +04:00)
Lənkəran. Ağəddin Babayev-APA. Lənkəranda iki yol-nəqliyyat hadisəsi baş verib. Lənkəran şəhər Polis Şöbəsindən (ŞPŞ) APA-nın Cənub bürosuna verilən məlumata görə, birinci hadisə Ələt-Astara şose yolunun 201-ci kilometrliyində - Lənkəran rayonunun Digah kəndi ərazisində qeydə alınıb. Lənkəran şəhər sakini, 1988-ci il təvəllüdlü Rövşən Abdullayevin idarə etdiyi “OPEL-Vektra” markalı 10 FD 823 dövlət nömrə nişanlı avtomobil yolun hərəkət istiqamətindəki elektrik dirəyinə çırpılaraq su kanalına düşüb. Qəza nəticəsində elektrik dirəyindən keçən 10 kilovoltluq hava xətti qırılıb və rayonun Şilavar və Digah kəndlərinə, həmçinin Lənkəran şəhərinin bir hissəsinə elektrik enerjisinin verilişində fasilə yaranıb.

Digər yol-nəqliyyat qəzası isə Lənkəran şəhərinin Mirzə Fətəli Axundov və Mirzə Ələkbər Sabir küçələrinin kəsişdiyi yerdə baş verib. Astara rayonunun Seləkəran kənd sakini, 1980-ci il təvəllüdlü Amil Fətəli oğlu Nəsirovun idarə etdiyi “VAZ-2106” markalı, 12 BC 206 dövlət nömrə nişanlı avtomobil Lənkəran rayon sakini, 1960-cı il təvəllüdlü Xeyrulla Qüdrət oğlu Əsədullayevə məxsus “QAZ-24” markalı 10 BD 945 dövlət nömrə nişanlı avtomobillə toqquşub. Nəticədə “VAZ-2106”nın sürücüsü və avtomobildə olan sərnişin, Lənkəran rayon sakini, 1986-cı il təvəllüdlü Şəmsiyyə Ələkbər qızı Hüseynova müxtəlif bədən xəsarətləri ilə Lənkəran mərkəzi rayon xəstəxanasına yerləşdirilib. Hər iki faktla bağlı Lənkəran ŞPŞ-də araşdırma aparılır.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR