Bank Of Baku

“Ekstazi işi”ndə təqsirləndirilən Yalçın Həsənov 6 gündür, aclıq aksiyası keçirir

“Ekstazi işi”ndə təqsirləndirilən Yalçın Həsənov 6 gündür, aclıq aksiyası keçirir
# 10 dekabr 2008 09:16 (UTC +04:00)
APA-nın məlumatına görə, bu barədə Y. Həsənov məhkəmə zalında bildirib. O, tələblərinin bu iş üzrə digər təqsirləndirilən şəxs, xalq artisti İlhamə Quliyevanın oğlu Orxan Nadirovun azadlığa buraxılması, dərmanların yenidən ekspertizaya göndərilməsi, MTN-in müstəntiqi Kənan Əliyevin cəzalandırılması, işin yenidən baxılması üçün Baş Prokurorluğa verilməsi olduğunu deyib. O, tələbləri yerinə yetirilməyənə qədər aksiyanı dayandırmayacağını söyləyib.

Qeyd edək ki, xalq artisti İlhamə Quliyevanın oğlu Orxan Nadirov, Bakı şəhərinin sabiq prokuroru Ədalət Mirsalamov və Əzizbəyov rayonunun sabiq prokuroru Rəşid Həsənovun övladları Mahir Mirsalamov, Yalçın Həsənov və daha 11 nəfərin cinayət işi üzrə məhkəmə prosesi keçirilir.

Adıçəkilən şəxslər narkotik vasitələrin qanunsuz dövriyyəsi və istifadəsində ittiham olunurlar. İttiham aktına əsasən, onlar Cinayət Məcəlləsinin 206-cı (qaçaqmalçılıq), 234.1-ci (satış məqsədi olmadan qanunsuz olaraq narkotik vasitələri və ya psixotrop maddələri şəxsi istehlak miqdarından artıq miqdarda əldə etmə və ya saxlama) və 234.4.1-ci (qabaqcadan əlbir olan bir qrup şəxs tərəfindən və ya mütəşəkkil dəstə tərəfindən qanunsuz olaraq narkotik vasitələri, psixotrop maddələri və ya onların prekursorlarını hazırlama, istehsal etmə, əldə etmə, saxlama, daşıma, göndərmə və ya satma) maddələri ilə ittiham olunurlar. Onlar bu ilin mayında Milli Təhlükəsizlik Nazirliyinin keçirdiyi əməliyyat nəticəsində həbs ediliblər.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR