Bank Of Baku

Armatur oğurluğu ilə məşğul olan Lənkəran sakini tutulub

Armatur oğurluğu ilə məşğul olan Lənkəran sakini tutulub
# 10 dekabr 2008 09:20 (UTC +04:00)
Lənkəran. Ağəddin Babayev-APA. Armatur oğurluğu ilə məşğul olan Lənkəran sakini həbs olunub. Bu barədə APA-nın cənub bürosuna Lənkəran şəhər Polis Şöbəsinin (ŞPŞ) baş müstəntiqi Rövşən Rəşidov məlumat verib. Onun sözlərinə görə, Lənkəran şəhər sakini, 1979-cu il təvəllüdlü Ədalət Bahadır oğlu Həbibov müxtəlif vaxtlarda Lənkəran şəhəri, Mirhaşım Ağayev küçəsi, 56 ünvanında yerləşən tikilidən ümumi uzunluğu 515 metr olan 56 ədəd armatur oğurlayıb. Sonuncu dəfə yenidən həmin obyektdən oğurluq etmək istəyən B. Həbibov tikilinin sahibi Habil Dənzi oğlu Abbasov tərəfindən yaxalanaraq polisə təhvil verilib. İlkin dindirmə zamanı saxlanılan şəxs ehtiyac üzündən oğurluqla məşğul olduğunu bildirib. Faktla bağlı Lənkəran ŞPŞ-də Cinayət Məcəlləsinin 177.2.2 və 177.2.3 maddələri ilə cinayət işi açılıb, araşdırma aparılır.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR