Bank Of Baku

Heroin alveri ilə məşğul olan Cəlilabad və Salyan sakinləri həbs olunub

Heroin alveri ilə məşğul olan Cəlilabad və Salyan sakinləri həbs olunub
# 10 dekabr 2008 09:22 (UTC +04:00)
Cəlilabad. Ağəddin Babayev-APA. Narkotik vasitə olan heroinin alqı-satqısı ilə məşğul olan Cəlilabad və Salyan rayon sakinləri yaxalanıb. Bu barədə APA-nın cənub bürosuna Cəlilabad rayon Polis Şöbəsindən (RPŞ) məlumat verilib. Məlumata görə, RPŞ-nə daxil olan siqnaldan sonra yaradılmış əməliyyat qrupu Cəlilabad rayon sakini Aynur Əhmədağa oğlu Əhmədovu və Salyan rayon sakini İlqar Aydın oğlu Şahbazovu şübhəli şəxs qismində saxlayıb. Dindirmə zamanı Aynur Əhmədov narkotik maddəni evində gizlətdiyini boynuna alıb. Onun evinə baxış keçirilərkən həyat yoldaşı Hicran Əliyeva mənzildə gizlədilmiş 40 qram narkotik vasitə olan heroini polisə könüllü təhvil verib.
Faktla bağlı Cəlilabad RPŞ-də Cinayət Məcəlləsinin 232.4.3 maddəsi ilə cinayət işi açılıb, araşdırma aparılır.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR