Bank Of Baku

“Ekstazi işi” üzrə məhkəmə prosesində hal şahidləri ifadə verib

“Ekstazi işi” üzrə məhkəmə prosesində hal şahidləri ifadə verib
# 10 dekabr 2008 10:47 (UTC +04:00)
Bakı. Hafiz Heydərov -APA. Xalq artisti İlhamə Quliyevanın oğlu Orxan Nadirov, Bakı şəhərinin sabiq prokuroru Ədalət Mirsalamov və Əzizbəyov rayonunun sabiq prokuroru Rəşid Həsənovun övladları Mahir Mirsalamov, Yalçın Həsənov və daha 11 nəfərin cinayət işi üzrə növbəti məhkəmə prosesi keçirilib. APA-nın məlumatına görə, Ağır Cinayətlərə Dair İşlər Üzrə Məhkəmədə hakim Azər Orucovun sədrliyi ilə keçirilən prosesdə hal şahidləri ifadə verib. Şahidlər Milli Təhlükəsizlik Nazirliyinin əməkdaşları ilə birgə keçirilən əməliyyatlarda gördükləri barədə danışıblar. Məhkəmə ifadə vermək üçün dəvət olunan digər şahid Qalib Qocayevin prosesə gəlməməsini əsas gətirərək iclasın sabahadək təxirə salınması barədə qərar verib.
Xatırladaq ki, sözügedən dəstə üzvləri narkotik vasitələrin qanunsuz dövriyyəsi və istifadəsində ittiham olunurlar. İttiham aktına əsasən onlar Cinayət Məcəlləsinin 206-cı (qaçaqmalçılıq), 234.1-ci (satış məqsədi olmadan qanunsuz olaraq narkotik vasitələri və ya psixotrop maddələri şəxsi istehlak miqdarından artıq miqdarda əldə etmə və ya saxlama) və 234.4.1-ci (qabaqcadan əlbir olan bir qrup şəxs tərəfindən və ya mütəşəkkil dəstə tərəfindən qanunsuz olaraq narkotik vasitələri, psixotrop maddələri və ya onların prekursorlarını hazırlama, istehsal etmə, əldə etmə, saxlama, daşıma, göndərmə və ya satma) maddələri ilə ittiham olunurlar. Onlar bu ilin mayında Milli Təhlükəsizlik Nazirliyinin keçirdiyi əməliyyat nəticəsində həbs ediliblər.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR