Bank Of Baku

Ombudsman: “Azərbaycanda məhbusların sayı azalıb”

Ombudsman: “Azərbaycanda məhbusların sayı azalıb”
# 10 dekabr 2008 11:58 (UTC +04:00)
Bakı. Kəmalə Quliyeva – APA. “Azərbaycanda hər 100 min nəfərə 180 məhbus düşür”. APA-nın məlumatına görə, bu barədə Ombudsman Elmira Süleymanova bildirib. Onun sözlərinə görə, hazırda Azərbaycanda məhbusların sayı 13 min nəfərə düşüb: “Mən inanıram ki, bu rəqəm daha da azalacaq. 1994-cü ildən indiyədək Azərbaycanda 8 amnistiya, 45 əfv fərmanı imzalanıb”.

E. Süleymanovanın sözlərinə görə, Azərbaycandakı məhbusların sayı başqa ölkələrlə müqayisədə azdır: “Dünyanın əksər ölkəsində hər 100 min nəfərə 600-700 məhbus düşür. Qonşu Gürcüstanda isə son 4 ildə məhbusların sayı 6 mindən 20 minə qalxıb”.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR