Bank Of Baku

Tver bazarında azərbaycanlılara silahlı basqın olub, yaralananlar var

Tver bazarında azərbaycanlılara silahlı basqın olub, yaralananlar var
# 12 dekabr 2008 16:56 (UTC +04:00)
APA-nın “Komsomolskaya pravda”ya istinadən yaydığı məlumata görə, bir neçə maşında bazara gələn 20-yə yaxın şəxs dəyənək və travmatik silahlarla bazarda çalışan azərbaycanlılara hücum ediblər. Şahidlər atışma zamanı bir neçə nəfərin yaralandığını bildirirlər. Yaralı azərbaycanlılardan birini bazar boyu sürüyən şəxslər onu maşına əyləşdirərək naməlum istiqamətdə hərəkət ediblər. Yaralı azərbaycanlı bazardan bir qədər uzaqda yol kənarında tapılıb. Qarnından güllə yarası almış soydaşımız xəstəxanaya çatdırılıb. Onun şəxsiyyəti dəqiqləşdirilir. Azərbaycanlılara hücum edənlərin milliyyəti məlum deyil. Azərbaycanlılara silahlı basqın edən şəxslərin saxlanması üçün şəhərdə xüsusi əməliyyat keçirilir.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR