Bank Of Baku

Azərbaycan paytaxtında partlayış baş vermiş binanın dağıntıları altından 5 nəfər çıxarılıb - YENİLƏNİB

Azərbaycan paytaxtında partlayış baş vermiş binanın dağıntıları altından 5 nəfər çıxarılıb - <font color=red>YENİLƏNİB</font>
# 13 dekabr 2008 07:55 (UTC +04:00)
APA-nın hadisə yerində olan müxbirinin məlumatına görə, bu barədə Nizami rayon İcra Hakimiyyətinin başçısı Mehbalı Əliyev bildirib. İcra başçısının sözlərinə görə, hazırda dağıntılar altında daha 2 nəfərin xilas edilməsi istiqamətində işlər aparılır. Artıq Fövqəladə Hallar Nazirliyi, Daxili İşlər Nazirliyi və Respublika Prokurorluğunun yüksək rütbəli rəsmiləri hadisə yerinə gəliblər. Ölənlər barədə məlumatın olmadığını deyən M. Əliyev bildirib ki, binanın partlayışdan ziyan çəkmiş hissəsi bərpa olunacaq. Buna qədər isə zərərçəkən mənzillərin sahibləri başqa yerdə yerləşdiriləcəklər. İlkin məlumatlara görə, partlayışdan 20 mənzilə ziyan dəyib.

Hadisə yerində olan “Azəriqaz” Qapalı Səhmdar Cəmiyyətinin sədri Əlixan Məlikov isə hadisənin təbii qaz sızmasından baş verməsinin ilkin versiya olduğunu deyib: “Hadisənin əsl səbəbi isə tədqiqat nəticəsində məlum olacaq”.

Partlayışda zərər çəkmiş mənzillərdən birinin sakini Növrəstə Qurbanova müxtəlif xəsarətlərlə 5 nömrəli Şəhər Klinik Xəstəxanasına yerləşdirilib. Xəstəxanadan APA-ya 60 yaşlı yaralının vəziyyətinin ağır olduğu deyilib.

Bakı şəhər Təcili və Təxirəsalınmaz Tibbi Yardım Stansiyasından isə APA-ya bildirib ki, partlayış nəticəsində xəsarət almış daha bir nəfər 2 saylı Əfəndiyev adına Xəstəxanaya yerləşdirilib. 2-3 yaşlı uşağın şəxsiyyəti hələ müəyyənləşdirilməyib.

Qeyd edək ki, hadisə bu gün saat 8.20-də Nizami rayon Naxcıvanski küçəsi, 34 saylı beşmərtəbəli binanın ikinci blokunun 5-ci mərtəbəsində baş verib.

Qaz sızmasından baş verən partlayış nəticəsində 3-cü, 4-cü, 5-ci mərtəbələrdəki mənzillər dağılaraq, tam yararsız hala düşüb.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR