Bank Of Baku

Azərbaycan paytaxtında partlayış baş vermiş binanın dağıntıları altından daha bir nəfər çıxarılıb - FOTOSESSİYA

Azərbaycan paytaxtında partlayış baş vermiş binanın dağıntıları altından daha bir nəfər çıxarılıb - <font color=red>FOTOSESSİYA</font>
# 13 dekabr 2008 08:40 (UTC +04:00)
Bununla da, dağıntılar altından çıxarılanların sayı 6-ya çatıb. APA-nın hadisə yerində olan müxbirinin məlumatına görə, dağıntılar altında qalmış daha bir nəfərin çıxarılması üçün tədbirlər görülür. Dağıntılar altından çıxarılanlardan birinin ölü olduğu bildirilir. Bakı Şəhər İcra Hakimiyyətinin başçısı Hacıbala Abutalıbov, Bakı Şəhər Baş Polis İdarəsinin rəisi Rafiq Abbasov, Bakı şəhər prokuroru Əziz Seyidli və digər rəsmi şəxslər hadisə yerindədir.

Dağıntılar altından çıxarılanlardan ikisi Kliniki Tibbi Mərkəzə yerləşdirilib. Mərkəzdən APA-ya bildirilib ki, onlardan biri 23 yaşlı Şirxan Səlimov, digəri 23 yaşlı Oksana Mahmudovadır. Hazırda xəstələr rentgen müayinəsindən keçirilir.

Qeyd edək ki, hadisə bu gün saat 8.20-də Nizami rayon Naxcıvanski küçəsi, 34 saylı beşmərtəbəli binanın ikinci blokunun 5-ci mərtəbəsində baş verib.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR