Bank Of Baku

Bakı şəhər Təcili və Təxirəsalınmaz Tibbi Yardım Stansiyasının baş həkimi: “Dağıntılar altından çıxarılanlardan biri ölü olub”

Bakı şəhər Təcili və Təxirəsalınmaz Tibbi Yardım Stansiyasının baş həkimi: “Dağıntılar altından çıxarılanlardan biri ölü olub”
# 13 dekabr 2008 08:59 (UTC +04:00)
Onlardan biri 2-3 yaşlı uşaq, biri 40 yaşlı kişi, qalan ikisi isə qadındır. Qadınlardan birinin 40-45, digərinin 50-55 yaşı var. Uşaq Əfəndiyev adına 2 saylı xəstəxanaya, kişi Musa Nağıyev adına Təcili Yardım Xəstəxanasına, qadınlar isə Bakı şəhər 5 saylı xəstəxananın yanıq mərkəzinə göndərilib. Yaralıların vəziyyəti ağırdır”. Bu açıqlamanı APA-ya hazırda hadisə yerində olan Bakı şəhər Təcili və Təxirəsalınmaz Tibbi Yardım Stansiyasının baş həkimi Mürsəl Həmidov verib.

M. Həmidov bildirib ki, dağıntılar altından sonuncu çıxarılan şəxs ölü olub. 23-24 yaşlı oğlanın meyiti Səhiyyə Nazirliyinin Nizami rayon Tibbi-Ekspertiza Mərkəzinə göndərilib. M. Həmidov dağıntılar altında yenə də xəstələrin olduğunu güman edildiyini söyləyib.

Onun sözlərinə görə, xilasetmə işləri davam etdirilir.

Qeyd edək ki, hadisə bu gün saat 8.20-də Nizami rayon Naxcıvanski küçəsi, 34 saylı beşmərtəbəli binanın ikinci blokunun 5-ci mərtəbəsində baş verib.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR