Bank Of Baku

Azərbaycan paytaxtında baş vermiş partlayış nəticəsində xəsarət alan üç yaşlı qızın vəziyyəti ağırdır - FOTOSESSIYA

Azərbaycan paytaxtında baş vermiş partlayış nəticəsində xəsarət alan üç yaşlı qızın vəziyyəti ağırdır - <font color=red>FOTOSESSIYA</font>
# 13 dekabr 2008 09:02 (UTC +04:00)
2 saylı Klinik Şəhər Xəstəxanasının Uşaq cərahiyyə şöbəsinin müdiri Gülmirzə Poladov APA-ya açıqlamasında deyib ki, şəxsiyyəti hələlik məlum olmayan uşaq bu gün saat 9:20 radələrində xəstəxanaya Təcili Tibbi Yardım maşını ilə gətirilib: “Uşağın təxminən üç yaşı olar. Həkim briqadasının bizə verdiyi məlumata görə, binada baş verən partlayış zərbəsi uşağı kənara atıb. Onu Fövqəladə Hallar Nazirliyinin əməkdaşları xilas ediblər”.

G. Poladovun sözlərinə görə, uşağın vəziyyəti ağırdır, huşu özündə deyil: “Uşaq həm qorxduğundan, həm də kəllə-beyin zədəsi aldığından suallara cavab verə bilmir. Hal-hazırda müayinələr aparılır. Uşağın vəziyyəti stabil, ciddi nəzarət altındadır. Çalışacağıq ki, vəziyyətində ağırlaşma olmasın”.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR