Bank Of Baku

Lənkəranda baş verən yol qəzasında iki nəfər ağır xəsarət alıb

Lənkəranda baş verən yol qəzasında iki nəfər ağır xəsarət alıb
# 13 dekabr 2008 09:28 (UTC +04:00)
Lənkəran. Ağəddin Babayev – APA. Dekabrın 13-də səhər Lənkəranda iki nəfərin ağır xəsarət alması ilə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib. Lənkəran Polis Şöbəsindən APA-nın cənub bürosuna verilən məlumata görə, hadisə Ələt-Astara yolunun 192-ci kilometrliyində - Lənkəran rayonunun Ürgə kəndi ərazisində qeydə alınıb. Nərimanabad qəsəbə sakini, 1949-cu il təvəllüdlü Abdulla Abdullayevin idarə etdiyi “Mercedes-190” markalı, 47 BC 240 dövlət nömrə nişanlı avtomobil Lerik rayon sakini, 1983-cü il təvəllüdlü Ramid Şahverdiyevin idarə etdiyi “Ford” markalı, 85 CA 976 dövlət nömrə nişanlı mikroavtobusla toqquşub. Nəticədə “Mercedes”in sürücüsü və sərnişin Aytən Məmmədova müxtəlif bədən xəsarətləri alaraq Lənkəran Mərkəzi Rayon Xəstəxanasına yerləşdiriliblər. Xəstəxanadan hər iki yaralının vəziyyətinin orta-ağır olduğu bildirilib. Faktla bağlı araşdırma aparılır.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR