Bank Of Baku

Kürdəmir və Ağcabədi rayonlarında baş verən yol-nəqliyyat hadisələrində 3 nəfər ölüb

Kürdəmir və Ağcabədi rayonlarında baş verən yol-nəqliyyat hadisələrində 3 nəfər ölüb
# 13 dekabr 2008 11:13 (UTC +04:00)
Bakı - APA. Kürdəmir rayonu ərazisində Gəncə şəhər sakini Ləlvər Bayramovun idarə etdiyi "Mercedes" markalı və Qəbələ rayon sakini İmran İdayətovun idarə etdiyi "VAZ-21015" markalı avtomaşınlar toqquşub. DİN-in mətbuat xidmətindən APA-ya verilən məlumata görə, hadisə zamanı İ. İdayətov və sərnişinlərindən Adil Musayev hadisə yerində ölüblər, xəsarət almış Natiq Əsədov isə xəstəxanaya yerləşdirilib. Kürdəmir rayon Polis Şöbəsi faktla bağlı araşdırma aparır.

Ağcabədi rayonu ərazisində də yol-nəqliyyat hadisəsi baş verib. Rayonun Hindarx kəndində Ağdam rayon sakini Eldəniz Şirəliyevin idarə etdiyi "VAZ-2107" markalı avtomaşınla Hüsülü kənd sakini Xasay Quliyevin idarə etdiyi, dövlət qeydiyyat nişanları olmayan "İJ" markalı motosiklet toqquşub. Nəticədə X. Quliyevin sərnişini, həmyerlisi Elgün Rəhimov hadisə yerində keçinib, xəsarət alan sürücü isə xəstəxanaya yerləşdirilib. Ağcabədi rayon Polis Şöbəsi tərəfindən araşdırma aparılır.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR