Bank Of Baku

Azərbaycan paytaxtında partlayış baş vermiş binanın sakinləri evakuasiya olunub

Azərbaycan paytaxtında partlayış baş vermiş binanın sakinləri evakuasiya olunub
# 13 dekabr 2008 13:39 (UTC +04:00)
APA-nın hadisə yerində olan əməkdaşının məlumatına görə, Nizami rayon İcra Hakimiyyətinin başçısı Mehbalı Əliyev bildirib ki, onlardan bəziləri müvəqqəti olaraq qohumlarının evində, bəziləri isə ətrafdakı uşaq bağçalarında yerləşdiriləcək. O, sakinlərin uşaq bağçalarında məskunlaşdırılması üçün Təhsil Nazirliyi ilə danışıqlar aparıldığını söyləyib.

Bir qədər əvvəl isə partlayışın baş verdiyi mənzilin sahibi hadisə yerinə gəlib. O, göz yaşları içində evində təmir getdiyini, hadisədən yeni xəbər tutduğunu deyib.

Qeyd edək ki, son məlumata görə, partlayış nəticəsində 2 nəfər ölüb, 6 nəfər yaralanıb. Yaralananlar arasında bir azyaşlı uşaq da var.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR