Bank Of Baku

Nizami rayon İcra Hakimiyyətinin başçısı: “Partlayış baş vermiş binanın 4 blokunda yaşayış davam edəcək”

Nizami rayon İcra Hakimiyyətinin başçısı: “Partlayış baş vermiş binanın 4 blokunda yaşayış davam edəcək”
# 13 dekabr 2008 14:28 (UTC +04:00)
Bakı. Hafiz Heydərov - APA. “Partlayış baş vermiş binanın iki bloku bağlanacaq, buradakı 30 mənzilin sakinləri isə yaxınlıqdakı 172 saylı bağçada yerləşdiriləcək. Onlar üçün orada 40 mənzillik yer ayrılıb, hər cür şərait yaradılır”. Bu sözləri APA-ya açıqlamasında Nizami rayon İcra Hakimiyyətinin başçısı Mehbalı Əliyev deyib. İcra başçısı bildirib ki, həmin şəxslərə sənəd və paltarlarını götürmək üçün mənzillərinə daxil olmağa icazə veriləcək: “Kim bağçada müvəqqəti yaşamaq istəməsə, qohumlarının evində qala bilər”.

M. Əliyev qalan 4 blokun sakinlərinin mənzillərinə buraxılacaqlarını və binada yaşamağa davam edəcəklərini söyləyib. Mənzilləri dağılmış iki blokun artıq möhürlənərək, polisə təhvil verildiyini deyən icra başçısı binanın sökülməyəcəyini, dağılmış hissədə təmir-bərpa işlərinin aparılacağını vurğulayıb: “Təmir müddətində əraziyə polis nəzarət edəcək. Təmir başa çatdıqdan sonra bina sakinlərin ixtiyarına veriləcək”.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR