Bank Of Baku

Ağcabədidə ölümlə nəticələnən yola qəzası baş verib

Ağcabədidə ölümlə nəticələnən yola qəzası baş verib
# 13 dekabr 2008 14:37 (UTC +04:00)
Ağdam. Teymur Zahidoğlu – APA. Bu saat 16.00 radələrində Borsunlu-Hindarx yolunun Ağcabədi rayonunun Taynaq kəndindən keçən hissəsində ölümlə nəticələnən yol qəzası baş verib. APA-nın Qarabağ bürosunun məlumatına görə, Ağdam rayonunun Gülablı kəndindən məcburi köçkün, 1974-cü il təvəllüdlü Abdullayev Şakir Novruz oğlunun idarə etdiyi 04 BC 582 dövlət nömrə nişanlı, “VAZ 2106” markalı avtomobil yoldan çıxaraq aşıb.

Ağır xəsarətlərlə Ağdam Mərkəzi Rayon Xəstəxanasına çatdırılan sürücü orada ölüb. Qəza zamanı sürücünün maşında olan qardaşı isə müxtəlif dərəcəli bədən xəsarətləri alıb.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR