Bank Of Baku

15 gün əvvəl Xəzərdə dənizində itkin düşmüş Neftçala sakininin meyiti tapılıb

15 gün əvvəl Xəzərdə dənizində itkin düşmüş Neftçala sakininin meyiti tapılıb
# 13 dekabr 2008 17:46 (UTC +04:00)
Lənkəran. Ağəddin Babayev - APA. Bu gün saat 15.00 radələrində Lənkəran rayonunun Siyavar kəndi ərazisində, Xəzər dənizinin sahilində naməlum kişi meyiti tapılıb. Lənkəran rayon Polis Şöbəsindən APA-nın cənub bürosuna verilən məlumata görə, polisin apardığı operativ əməliyyat-axtarış tədbirləri nəticəsində meyitin şəxsiyyəti müəyyənləşib.

Məlum olub ki, meyiti tapılan şəxs Neftçala rayon Kürkənd kənd sakini, 1958-ci il təvəllüdlü Xasay Əlisəfa oğlu Haxıyevdir. O da müəyyənləşdirilib ki, balıq ovu ilə məşğul olan X. Haxıyev noyabrın 28-də dənizə balıq ovuna çıxıb və bir daha geri qayıtmayıb. Həmin vaxtdan itkin düşmüş sayılan balıqçının meyiti 15 gün sonra Lənkəran ərazisində sahilə çıxıb.

Faktla bağlı Lənkəran rayon Polis Şöbəsində araşdırma aparılır.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR