Bank Of Baku

“KamAZ” sürücüsü ürək tutmasından vəfat edib

“KamAZ” sürücüsü ürək tutmasından vəfat edib
# 13 dekabr 2008 18:38 (UTC +04:00)
Hacıqabul. Əlibəy Zeynallı - APA. Bu gün saat 17.00 radələrində Hacıqabulda sürücü ürək tutmasından vəfat edib. Bu barədə APA-nın Mil-Muğan bürosuna Hacıqabul rayon prokurorunun köməkçisi Rasim Əhmədov məlumat verib. Onun sözlərinə görə, Şirvan sakini, Memar Əcəmi küçəsi, 40 ünvanında yaşayan, 1961-ci il təvəllüdlü Nuriyev Vaqif Adil oğlu Hacıqabul rayonunun Atbulaq qəsəbəsində əhəng sexində “KamAZ” markalı yük maşınını yüklədəndən sonra yeməkxanada nahar etmək istəyərkən ürək tutmasından keçinib. Ətraflı məlumatın tibbi ekspertizanın rəyindən sonra veriləcəyi bildirilir.

Faktla bağlı Hacıqabul rayon prokurorluğunda təhqiqat aparılır.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR