Bank Of Baku

Bakının Nizami rayonunda baş vermiş partlayışla bağlı saxlanılan yoxdur

Bakının Nizami rayonunda baş vermiş partlayışla bağlı saxlanılan yoxdur
# 14 dekabr 2008 11:01 (UTC +04:00)
Bakı Şəhər Prokurorluğundan APA-ya bildirlib ki, faktla bağlı Cinayət Məcəlləsinin 222.2-ci maddəsi ilə (tikinti, mədən və s. işlərin aparılmasında təhlükəsizlik qaydalarını pozma) cinayət işi başlanılıb.

Prokurorluqdan onu da deyiblər ki, araşdırmalar zamanı partlayışın 34 saylı binanın 27 saylı mənzilində baş verdiyi dəqiqləşib. Partlayışa səbəb kimi yenə də qaz sızması ilə bağlı versiya araşdırılır.

Hadisə yerində isə FHN əməkdaşları təmizləmə işlərini davam etdirirlər. Onların bildirdiklərinə görə, dağıntılar altında kiminsə qalması ehtimalı yoxdur.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR