Bank Of Baku

Gürcüstan vətəndaşı Bakıda 40 yaşlı qadını qətlə yetirib

Gürcüstan vətəndaşı Bakıda 40 yaşlı qadını qətlə yetirib
# 15 dekabr 2008 07:51 (UTC +04:00)
Bakı. Hafiz Heydərov –APA. Gürcüstan vətəndaşı Bakıda 40 yaşlı qadını döyərək qətlə yetirib. Bakı şəhər Baş Polis İdarəsindən APA-ya verilən məlumata görə, hadisə paytaxtın Qum adasında baş verib. Gürcüstan Respubliksanın vətəndaşı, 1962-ci il təvəllüdlü Kərəm İlyas oğlu Mirzəyev adıçəkilən ünvanda yaşayan, 1968-ci il təvəllüdlü Nailə Əliyar qızı Babayevanı yaşadığı evin qarşısında döyərək qətlə yetirib. Suaraxanı rayon Polis İdarəsinin 30-cu Polis Bölməsi əməkdaşlarının keçirdiyi əməliyyat-axtarış tədbirləri nəticəsində cinayət hadisəsini törədən K. Mirzəyev saxlanılıb. Faktla bağlı Suraxanı rayon Prokurorluğunda Cinayət Məcəlləsinin 120.1-ci (qəsdən adam öldürmə) maddəsi ilə cinayət işi başlanılıb. Araşdırmalar davam edir.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR