Bank Of Baku

Bakıda piyadanın ölümü ilə nəticələnən yol qəzası baş verib

Bakıda piyadanın ölümü ilə nəticələnən yol qəzası baş verib
# 15 dekabr 2008 07:59 (UTC +04:00)
Bakı. Hafiz Heydərov –APA. Bakıda piyadanın ölümü ilə nəticələnən yol qəzası baş verib. Bakı şəhər Baş Polis idarəsindən APA-ya verilən məlumata görə, qəza hadisəsi Bakı-Astara yolunun 30-cu kilometrliyində baş verib. Bakı şəhər sakini, 1961-ci il təvəllüdlü İsmayılov Faiq Həmid oğlu idarə etdiyi “Mitsubişi Pajero” markalı, 10-UV-878 dövlət nömrə nişanlı maşınla yolu keçmək istəyən piyada, 1958-ci il təvəllüdlü Məmmədov Qabil Talib oğlunu vurub. Qəza nəticəsində Q. Məmmədov ağır bədən xəsarəti ilə xəstəxanaya çatdırılsada onun həyatını xilas etmək mümkün olmayıb. Faktla bağlı araşdırma aparılır.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR