Bank Of Baku

Bakı metrosunda soyğunçuluq olub

Bakı metrosunda soyğunçuluq olub
# 15 dekabr 2008 08:04 (UTC +04:00)
Bakı. Hafiz Heydərov –APA. Metroda soyğunçuluq hadisəsi baş verib. Bakı şəhər Baş Polis İdarəsindən APA-ya verilən məlumata görə, hadisə metronun 28 May stansiyasında qeydə alınıb. Bakı şəhər sakini, tələbə, 1990-cı il təvəllüdlü Balayeva Mətanət Zakir qızı naməlum şəxsin basqısına məruz qalıb. Qarətçi onun cibindən 38 manat pul, mobil telefon nömrəsi, tələbə bileti, şəxsiyyət vəsiqəsi olan pul kisəsini götürərək hadisə yerindən qaçıb. Metropolitendə Polis Şöbəsinin əməkdaşlarının keçirdiyi əməliyyat-axtarış tədbirləri nəticəsində hadisəni törətməkdə təqsirləndirilən, əvvəllər məhkum olunmuş, 1983-cü il təvəllüdlü Hüseynov Elçin Nəriman oğlu tutularaq məsuliyyətə cəlb edilib. Faktla bağlı araşdırma aparılır.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR