Bank Of Baku

Moskvada 20 yaşlı azərbaycanlı qətlə yetirilib

Moskvada 20 yaşlı azərbaycanlı qətlə yetirilib
# 15 dekabr 2008 09:16 (UTC +04:00)
Bakı. Laçın Sultanova-APA. Moskvada 20 yaşlı azərbaycanlı qətlə yetirilib. APA-nın məlumatına görə, soydaşımızın meyiti dünən səhər Qovorov küçəsində yerləşən binanın yanında tapılıb. Həmyerlimizin kəsici alətlə ürək nahiyəsinə vurulan zərbələrdə keçindiyi müəyyənləşib.

Bu, həftəsonu Moskvada xarici vətəndaşlara qarşı törədilmiş yeganə hadisə deyil. Paytaxtın qərbində Proizvodstvennaya küçəsində yerləşən meyvə-tərəvəz bazasının ərazisində Tacikistan vətəndaşının meyiti tapılıb. Moskvanın həmin hissəsində Starovolınski küçəsində yerləşən yaşayış evində isə Ukrayna vətəndaşının meyiti aşkarlanıb. Qazaxıstandan olan 18 yaşlı ali məktəb tələbəsinin meyiti isə Moskvanın Cənub-Qərb dairəsində, Butlerov küçəsi, 2 saylı evin yanında tapılıb.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR