Bank Of Baku

Salyanda yanğın olub

Salyanda yanğın olub
# 15 dekabr 2008 11:31 (UTC +04:00)
Salyan. Əlibəy Zeynallı-APA. Salyan rayonunun Çuxanlı kəndində 3 otaqlı ev yanıb. Bu barədə APA-nın Mil-Muğan bürosuna Fövqəladə Hallar Nazirliyinin Salyan rayonun Yanğından Mühafizə Xidmətinin (YMX) rəisi Məmməd Ağayev məlumat verib. Onun sözlərinə görə, dekabrın 14-də axşam radələrində 1976-cı il təvəllüdlü Kərimov Həsrət Malik oğluna məxsus 3 otaqlı fərdi evdə yanğın baş verib. Yanğın nəticəsində 224 kvadrat metr sahə tamamilə yanıb. Yanğın zamanı xəsarət alan olmayıb. Hadisə yerinə gələn yanğınsöndürənlərin səyi nəticəsində alovun ikinci evə keçməsinin qarşısı alınıb.
Faktla bağlı Salyan rayon YMX-də təhqiqat aparılır.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR