Bank Of Baku

Son bir ayda Azərbaycanda axtarışda olan 263 şəxs tutulub

Son bir ayda Azərbaycanda axtarışda olan 263 şəxs tutulub
# 15 dekabr 2008 13:46 (UTC +04:00)
Bu barədə Daxili İşlər Nazirliyi və Respublika Baş Prokurorluğu mətbuat xidmətlərinin birgə yaydığı məlumatda bildirilib. APA-nın xəbərinə görə, məlumatda qeyd olunub ki, müxtəlif vaxtlarda cinayət törədərək istintaq və məhkəmə orqanlarından yayınan şəxslərin tapılıb-tutulması istiqamətində həyata keçirilən tədbirlər uğurlu olub: “Son bir ayda Azərbaycan Respublikası Cinayət Məcəlləsinin müxtəlif maddələri ilə axtarışda olan 263, o cümlədən ağır və xüsusilə ağır cinayətlər törətməkdə təqsirləndirilən 36 şəxs tutularaq istintaq orqanlarına təhvil verilib”.
Məlumata görə, ötən müddət ərzində narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz dövriyyəsi ilə mübarizə tədbirləri də səmərəli olub: “Belə ki, respublika daxili işlər orqanlarının əməkdaşları tərəfindən təkcə cari il noyabrın 1-dən dekabrın ötən dövrünədək olan müddətdə həyata keçirilmiş əməliyyat-axtarış tədbirləri nəticəsində narkotiklərlə əlaqəli 211 cinayət faktı aşkar edilib, qanunsuz dövriyyədən 83 kiloqrama yaxın müxtəlif növ narkotik vasitə, o cümlədən 5 kiloqramdan çox heroin, 11 kiloqrama yaxın marixuana və 67 kiloqrama qədər həşiş çıxarılıb”.
Məlumatda bu il noyabrın 22-də Bərdə rayonunun Alaçadırlı kəndində məskunlaşan Ağdam rayon sakini Cəmilə Şükürova və onun azyaşlı qızı Arzunun üzərlərində zorakılıq əlamətləri olan meyitlərinin yaşadıqları evlərində tapılması, cinayəti törədən Bərdə rayon sakini Cəfər Mirzəyevin yaxalandığı qeyd olunub. Ötən ay Abşeron rayonunun Saray qəsəbəsi ərazisində Zəngilan rayon sakini Habil Novruzovun amansızlıqla qətlə yetirilməsi və onu qətlə yetirən həmyerlisi Kamil Fərəcovun tutulması faktı da məlumatda öz əksini tapıb. Bundan başqa, məlumatda o da qeyd olunub ki, noyabrın 26-da Suraxanı rayonunun Hövsan qəsəbəsində yaşayan Nərminə Quliyeva və oğlu Elnurun çoxsaylı bıçaq zərbələri ilə qətlə yetirilmiş meyitləri tapılıb, hadisəni qəsəbə sakini Elşən Muradov tərəfindən törədilməsi müəyyən olunub.
Məlumatda həmçinin ötən ay Dağıstan Respublikası ərazisində girovluqda saxlanılan Azərbaycan vətəndaşının azad edildiyi də xatırlanıb.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR