Bank Of Baku

Sumqayıtda yol polisi döyülüb

Sumqayıtda yol polisi döyülüb
# 15 dekabr 2008 14:32 (UTC +04:00)
Bakı. Hafiz Heydərov - APA. Sumqayıt Şəhər Polis İdarəsinin (ŞPİ) əməkdaşı Bakı şəhər sakinləri tərəfindən döyülüb. Sumqayıt şəhər Polis İdarəsindən (ŞPİ) APA-ya verilən məlumata görə, hadisə ötən gecə şəhərin N. Nərimanov küçəsində baş verib. Sumqayıt ŞPİ-nin Dövlət Yol Polisi İdarəsinin əməkdaşı Sadiq Ağayev yol hərəkəti qaydalarını pozduğu üçün Bakı şəhəri Nəsimi rayon sakini, 1977-ci il təvəllüdlü Ceyhun Bahadur oğlu Fərəcbəylinin idarə etdiyi “Hyundai” markalı, 90 BV 091 dövlət nömrə nişanlı avtomobili saxlayıb. Buna etiraz edən C. Fərəcbəyli və maşında olan sərnişin, Bakı şəhəri Yasamal rayon sakini, 1950-ci il təvəllüdlü Tahir Tahiş oğlu Məmmədov polis əməkdaşına müqavimət göstərərək onu döyüblər.

Polis əməkdaşının müxtəlif dərəcəli bədən xəsarəti aldığı bildirilir. Faktla bağlı Sumqayıt ŞPİ tərəfindən təhqiqat aparılır.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR