Bank Of Baku

İran-Azərbaycan marşrutu üzrə qaçaqmalçılıq yolu ilə narkotik vasitələrin daşınması ilə məşğul olan bir qrup şəxs zərərsizləşdirilib

İran-Azərbaycan marşrutu üzrə qaçaqmalçılıq yolu ilə narkotik vasitələrin daşınması ilə məşğul olan bir qrup şəxs zərərsizləşdirilib
# 15 dekabr 2008 15:34 (UTC +04:00)
Bu barədə APA-ya MTN-nin İctimaiyyətlə Əlaqə Mərkəzindən bildirilib. Məlumata görə, dekabrın 11-də İran vətəndaşı Gholizadeh İlekhcisofla Ahmad Abolghasem, Azərbaycan vətəndaşları - Rahib Zeynalov, İlham Mirzəyev, Ağaşükür İbişov, Nadir Çıqqarov və qeyriləri qabaqcadan əlbir olaraq cinayət əlaqəsinə girib tamah niyyətilə külli miqdarda pul müqabilində sövdələşərək satış məqsədi ilə qanunsuz olaraq əldə edilmiş narkotik vasitələri - 82 kiloqram 500 qrama yaxın həşişi, 5 kiloqramdan artıq heroini və 2 kiloqrama yaxın tiryəki gömrük sərhədindən gömrük nəzarətindən kənar qaçaqmalçılıq yolu ilə İrandan Azərbaycanın Cəlilabad rayonunun Gülməmmədli kəndinə gətirib, buradan isə Biləsuvar rayonunun Ağalıkənd kəndi ərazisinə apararaq əkin sahəsində gizlədiblər. MTN əməkdaşlarının həyata keçirdikləri əməliyyat tədbirləri nəticəsində dekabrın 12-də cinayətkar qrupun üzvləri saxlanılıb və onlardan 90 kiloqrama yaxın həmin narkotik vasitələr aşkar olunaraq götürülüb.
Faktla bağlı MTN-nin İstintaq Baş İdarəsi tərəfindən Cinayət Məcəlləsinin 206.3.2-ci (qabaqcadan əlibir olan bir qrup şəxs tərəfindən narkotik vasitələrin qaçaqmalçılığı), 234.4.1 və 234.4.3-cü (qabaqcadan əlibir olan bir qrup şəxs tərəfindən satış məqsədi ilə qanunsuz olaraq külli miqdarda narkotik vasitələri əldə etmə, saxlama, daşıma, göndərmə və satma) maddələri ilə cinayət işi başlanıb, adları çəkilən şəxslər təqsirləndirilən şəxs qismində cəlb olunaraq məhkəmənin qərarı ilə barələrində həbs qətimkan tədbiri seçilib: “Cinayət işi üzrə bütün halların araşdırılması, cinayətin digər iştirakçılarının ifşası üçün zəruri istintaq hərəkətləri və əməliyyat-axtarış tədbirləri davam etdirilir”.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR