Bank Of Baku

İçərisində Azərbaycan baş nazirinin müavininin də olduğu təyyarə Aşqabad aeroportuna məcburi eniş edib

İçərisində Azərbaycan baş nazirinin müavininin də olduğu təyyarə Aşqabad aeroportuna məcburi eniş edib
# 15 dekabr 2008 16:05 (UTC +04:00)
Türkmənistan Xarici Nazirliyindən APA-ya verilən məlumata görə, təyyarə Bakıdakı qeyri-sabit hava şəraiti ilə əlaqədar Aşqabad aeroportuna enməli olub. Təyyarədə olan 211 sərnişindən 141-i Frankfurtdan Bakıya gəlirmiş. Sərnişinlər arasında Azərbaycan baş nazirinin müavini Abid Şərifov da olub. XİN-dən bildiriblər ki, rəsmi Aşqabad Bakıya gedən sərnişinlərin nəqliyyat vasitəsi ilə təmin olunması və onların Azərbaycan paytaxtına çatdırılması üçün bütün zəruri tədbirləri görüb. Aşqabad aeroportunda olan zaman Bakıya gedən sərnişinlər üçün hər cür şərait yaradılıb. Daha sonra sərnişinlər “Türkmənistan Hava Yolları” şirkətinə məxsus “Boinq-737” təyyarəsi ilə Bakıya çatdırılıb.

Xarici İşlər Nazirliyindən bildiriblər ki, Türkmənistan hakimiyyət orqanlarının gördüyü bu təcili tədbirlər Azərbaycan və Türkmənistan xalqlarının, o cümlədən Türkmənistan rəhbərliyinin qarşı tərəfə duyduğu qardaşlıq və dinc qonşuluq münasibətlərinin bariz nümunəsidir: “Bu xoş niyyətli hərəkətlər bir daha ölkələrimiz arasında münasibətlərin yaxınlığını və şəffaflığını göstərir”.

“Azərbaycan Hava Yolları” Qapalı Səhmdar Cəmiyyətindən APA-ya bildiriblər ki, “Lüfthanza” şirkətinə məxsus “Airbus-340”un Heydər Əliyev Beynəlxalq Hava Limanına enişi təyyarədə yaranmış texniki problemlər səbəbindən baş tutmayıb və təyyarə Aşqabad hava limanına enməli olub. “AzAL”dan bildiriblər ki, sərnişinlər Türkmənistan tərəfin ayırdığı “Boinq-737” təyyarəsi ilə Aşqabaddan Bakıya yola salınıb və bu gün saat 9.40 radələrində Bakıya çatıblar.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR