Bank Of Baku

Sumqayıtda 25 yaşlı qız özünü öldürmək istəyib

Sumqayıtda 25 yaşlı qız özünü öldürmək istəyib
# 16 dekabr 2008 07:11 (UTC +04:00)
Bakı. Hafiz Heydərov - APA. Sumqayıtda 25 yaşlı qız intihara cəhd edib. Sumqayıt şəhər Polis İdarəsindən APA-ya verilən məlumata görə, hadisə şəhərin M. Hüseyn küçəsində baş verib. Həmin ünvanda yaşayan, 1983-cü il təvəllüdlü Aysel İdris qızı Abbasova xeyli sayda “Eufillin” həbi qəbul edərək intihara cəhd göstərib. Təcilli şəhər xəstəxanasına çatdırılan A. Abbasovanın həyatını xilas etmək mümkün olub.

İlkin ehtimala görə, onun intihara cəhd etməsinə ailədaxili münaqişə səbəb olub.

Faktla bağlı Sumqayıt şəhər Prokurorluğu tərəfindən araşdırma aparılır.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR