Bank Of Baku

Ədliyyə Nazirliyinin Tibb Baş İdarəsinin rəis müavini: “Əli İnsanovun səhhətində hələlik ciddi problem aşkarlanmayıb”

Ədliyyə Nazirliyinin Tibb Baş İdarəsinin rəis müavini: “Əli İnsanovun səhhətində hələlik ciddi problem aşkarlanmayıb”
# 16 dekabr 2008 09:38 (UTC +04:00)
Bakı. Ramil Məmmədli – APA. “Əli İnsanovun səhhətindəki problemlər onun həyatı üçün təhlükə doğurmur”. Bunu APA-ya Ədliyyə Nazirliyinin Tibb Baş İdarəsinin rəis müavini Murad Süleymanov deyib. M. Süleymanov bildirib ki, keçmiş səhiyyə naziri Ədliyyə Nazirliyinin Müalicə Müəssisəsinə müayinə məqsədilə köçürülüb və hazırda müayinələr aparılır: “Əli İnsanovun səhhətində hələlik ciddi problem aşkarlanmayıb. Bu səbəbdən onun Müalicə Müəssisəsində nə qədər saxlanılacağı hələlik məlum deyil”.

Qeyd edək ki, İnsan Haqları üzrə Avropa Məhkəməsi sabiq səhiyyə naziri Ə. İnsanovun şikayəti əsasında onun müalicəsinin təmin olunması, Ədliyyə Nazirliyinin Müalicə Müəssisəsinə köçürülməsi barədə qərar qəbul edib.

Məhkəmənin qərarı Azərbaycan hökuməti tərəfindən dekabrın 12-də icra olunub.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR