Bank Of Baku

Ana və qızını qətlə yetirən Salyan sakini ömürlük azadlıqdan məhrum edilib

Ana və qızını qətlə yetirən Salyan sakini ömürlük azadlıqdan məhrum edilib
# 16 dekabr 2008 10:15 (UTC +04:00)
Bakı. Ramil Məmmədli-APA. Bu gün Ağır Cinayətlərə Dair İşlər üzrə Məhkəmədə Gülçöhrə İbrahimova və onun qızı Sevinc İbrahimovanı qətlə yetirməkdə təqsirləndirilən Elmir Paşayevin məhkəmə işi yekunlaşıb. APA-nın məlumatına görə, hakim Novruz Kərimovun sədrliyi ilə keçən prosesdə Elmir Paşayev Azərbaycan Cinayət Məcəlləsinin 120.2.2 (xuliqanlıq niyyəti ilə adam öldürmə), 120.2.4 (xüsusi amansızlıqla və ya ümumi təhlükəli üsulla adam öldürmə), 120.2.6 (başqa cinayəti gizlətmə və ya onun törədilməsini yüngülləşdirmə məqsədi ilə, habelə zorlama və ya seksual xarakterli başqa zorakı hərəkətlərlə əlaqədar adam öldürmə), 120.2.8 (təqsirkar şəxs üçün aşkar surətdə hamilə vəziyyətində olan qadını öldürmə) maddələri ilə təqsirli bilinərək ömürlük azadlıqdan məhrum edilib.

Qeyd edək ki, Salyan rayon sakini 23 yaşlı Elmir Paşayev 2008-ci ilin iyunun 14-də Yasamal rayonunda yaşayan 1964-cü il təvəllüdlü Gülçöhrə İbrahimova və onun 2004-cü il təvəllüdlü qızı Sevinc İbrahimovanı qətlə yetirib, ailənin digər üzvü, 1998-ci il təvəllüdlü Səmayə İbrahimovaya isə ağır bədən xəsarəti yetirib.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR