Bank Of Baku

Beyləqanda qaz kəmərinin 6850 metr hissəsi kəsilərək oğurlanıb

Beyləqanda qaz kəmərinin 6850 metr hissəsi kəsilərək oğurlanıb
# 26 yanvar 2009 10:40 (UTC +04:00)
Bakı-APA. Beyləqan rayonu ərazisində istismarı müvəqqəti dayandırılmış qaz kəmərinin 6850 metr hissəsi kəsilərək oğurlanıb. Bu barədə APA-ya Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən bildirilib. Məlumata görə, 2008-ci ilin sentyabr-oktyabr ayları ərzində "Azəriqaznəql" İstehsalat Birliyinin balansında olan, istismarı müvəqqəti dayandırılmış qaz kəmərinin rayon ərazisindən keçən 6850 metr hissəsi kəsilərək oğurlanıb. Faktla əlaqədar bu il yanvarın 22-də Beyləqan rayon Polis Şöbəsinə müraciət olunub. Dünən həmin faktla bağlı cinayət işi başlanıb. Beyləqan rayon Polis Şöbəsində faktla bağlı əməliyyat-axtarış tədbirləri aparılır.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR