Bank Of Baku

Yevlaxda və Şəmkirdə baş verən yol qəzalarında 2 nəfər ölüb, 5 nəfər yaralanıb

Yevlaxda və Şəmkirdə baş verən yol qəzalarında 2 nəfər ölüb, 5 nəfər yaralanıb
# 26 yanvar 2009 10:47 (UTC +04:00)
Bakı-APA. Dünən saat 19.30 radələrində Yevlax rayonu ərazisində Mingəçevir şəhər sakini Elşən Babayev "BMW" markalı avtomaşını idarə edərkən onu yolun kənarında dayanan Yevlax rayon sakini İlham Məmmədliyə məxsus "VAZ-2106" markalı avtomaşına vurub. Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən APA-ya verilən məlumata görə, nəticədə İ. Məmmədlinin sərnişini, həmyerlisi Dilqəm Balakişiyev hadisə yerində dünyasını dəyişib. Onun xəsarət alan İ. Məmmədli və sərnişinləri, həmyerliləri Rövşən Dəvrişov, Anar Hüseynov və Elnur Kərimov isə xəstəxanaya yerləşdiriliblər. Yevlax rayon Polis Şöbəsi tərəfindən araşdırmalar aparılır. Həmin gün saat 23.00 radələrində Şəmkir rayonunun Bitdili kəndində Seyfəli kənd sakini Qafqaz Nəcəfov "VAZ-2101" markalı avtomaşını idarə edərkən sürücüsünün şəxsiyyəti müəyyən edilməmiş "Kamaz" markalı avtomaşınla arxadan vurulub. Nəticədə "VAZ-2106" markalı avtomaşın aşıb. Sərnişinlərdən Seyfəli kənd sakini Zülfiyyə Orucova hadisə yerində dünyasını dəyişib, xəsarət alan Alimə Qurbanəliyeva isə xəstəxanaya yerləşdirilib. Şəmkir rayon Polis Şöbəsi tərəfindən araşdırmalar aparılır.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR