Bank Of Baku

Moskvada azərbaycanlı iş adamı qətlə yetirilib

Moskvada azərbaycanlı iş adamı qətlə yetirilib
# 26 yanvar 2009 11:05 (UTC +04:00)
APA-nın “Reqnum” agentliyinə istinadən yaydığı məlumata görə, soydaşımızın cəsədi General Kuznetsov küçəsindəki binanın qarşısında tapılıb. İlkin baxış zamanı Azadovun döş və baş nahiyəsindən aldığı güllə yaralarından keçindiyi müəyyənləşib. Cəsəd ölüxanaya göndərilib, hadisə yerində əşyayi-dəlil olaraq səsboğucusu olan “PM”markalı tapança, 9 millimetrlik 3 patron, üç giliz, 3 siqaret kötüyü və boş siqaret qutusu götürülüb. Qeyd edək ki, Azadovun qətlə yetirildiyi mənzil video-müşahidə qurğusu ilə təchiz olunub. Faktla bağlı qətl maddəsi ilə cinayət işi başlanıb, təhqiqat aparılır.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR