Bank Of Baku

Azərbaycan paytaxtında yanğın baş verən binada 1 nəfər xilas olunub, 3 nəfər isə evakuasiya edilib

Azərbaycan paytaxtında yanğın baş verən binada 1 nəfər xilas olunub, 3 nəfər isə evakuasiya edilib
# 26 yanvar 2009 12:13 (UTC +04:00)
Bakı. Hafiz Heydərov –APA. Bakının Şəmsi Bədəlbəyli küçəsi 106 ünvanında yerləşən yaşayış binasında baş vermiş yanğın zamanı 1 nəfər xilas olunub, 3 nəfər isə evakuasiya edilib. Bu barədə APA-ya Fövqəladə Hallar Nazirliyinin Dövlət Yanğından Mühafizə Xidmətinin yanğınsöndürmə qərərgahının rəisi Əkbər Novruzov məlumat verib. Onun sözlərinə görə, yanğın binanın 3-cü mərtəbəsində, 91 saylı mənzildə baş verib və onlara bu barədə məlumat saat 12.36-da daxil olub: “Yanğın zamanı ümumi sahəsi 90 kvadrat metrlik 2 otaqlı mənzilin bir otağı və tavanın 40 kvadrat metri tam yanıb”.
Ə. Novruzov həmçinin yanğın nəticəsində hadisə baş verən evin yuxarı mərtəbəsində yerləşən mənzilin taxta döşəməsinin yararsız hala düşdüyünü və qonşu mənzilədə az miqdarda ziyan dəydiyini söyləyib: “Xilasedicilərimiz hadisə baş verən ərazidən 1 nəfəri xilas, 3 nəfəri isə təxliyə edib. Hazırda təhqiqat qrupu yanğının baş vermə səbəblərini araşdırır”.
Qeyd edək ki, bu gün saat 12.30 radələrində Bakının Şəmsi Bədəlbəyli küçəsi 106 ünvanında yerləşən yaşayış binasında güclü yanğın olub. Yanğın saat 1.15 radələrində tam söndürülüb. Yanan mənzilin Vahid Ələkbərova məxsus olduğu bildirilir. Yanğın nəticəsində binanın 4-cü mərtəbəsindəki mənzillərdən birinin sakini, 83 yaşlı Fərzi Heydərov tüstüdən boğulma diaqnozu ilə Klinik Tibbi Mərkəzə yerləşdirilib. İlkin ehtimala görə, yanğına elektrik naqillərində olan qısaqapanma səbəb olub.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR